Facebook-un prioritetləri dəyişirilir - Mark Tsukerberq istifadəçilərinə hansı yenilikləri təklif edir
Mark Tsukerberq Facebook-un yeni xəbərlər siyasətini dəyişir.
Yeni təşəbbüsə əsasən, Facebook-da əhəmiyyətli dərəcədə reklam publikasiyaları azaldılacaq və bu da istifadəçiyə, gördüyü reklam xəbərlərindən daha çox dostlarının və yaxınlarının postlarını görmə imkanı verəcək.
Tsukerbergin dediyinə görə, son zamanlar brendlərin, biznes təşkilatlarının və medya vasitələrinin postları personal məlumatı itirdi, halbuki Facebook-un əsas məqsədi insanları birləşdirməkdir.
Mark Tsukerberq bəyan edir ki, şirkət tədqiqat keçiridi və aşkarladı ki, insanlar Facebook-dan yaxınları ilə birləşmək məqsədi ilə istifadə etdikləri halda, özlərini daha az yalnız və daha çox xoşbəxt hiss edirlər.
Mark Tsukerberq ümid edir ki, bu dəyişikliklərdən sonra, insanların Facebook-da keçirdikləri zaman azalacaq və onlar öz vaxtlarını daha maraqlı keçirəcəklər.
Qeyd olunan dəyişilliklər qüvvəyə iki həftədən sonra minəcək.