Facebook-un 50 milyon istifadəçisinin şəxsi məlumatı hakerlərin əlinə düşdü
Etdikləri kiber-hücüm nəticəsində hakerlər sosiyal şəbəkə Facebook-un 50 milyon istifadəçisinin şəxsi məlumatını əldə etdilər.
Bu barədə məlumatı Facebook şirkətinin özü yayır.
Sosiyal şəbəkənin rəhbərləri problemi cari həftə aşkarladılar.
Hazırda problem həll edildi, ancaq hakerlərin bəzi hesabları qırıb-qırmadıqları məlum deyil.
Facebook-da bəyan edirlər ki, kiber-hücumun arxasında kimin durduğunu bilmirlər və hücumun miqyasını dəqiq dəyərləndirə bilmirlər.
Şirkətin rəhbərləri tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərinə görə, Facebook-un 90 milyon istifadəçisi bugün öz şəxsi hesabına yenidən daxil olmalı oldu.