Ən böyük sosial şəbəkə “Facebook” təxminən yeddi saatlıq fasilədən sonra işini bərpa etdi.
“Washington Post” un yazdığına görə, bir çox istifadəçi hələ də şəbəkədən istifadə edərkən problem yaşayır.
Kütləvi informasiya vasitəsi bunun Facebook -un ən uzun və ən böyük blokadası olduğunu qeyd edir.
Eyni zamanda, Facebook -un qlobal şəkildə bağlanması səbəbindən sosial şəbəkənin qurucusu Mark Zukerberqin şəxsi sərvəti altı milyard dollardan çox azaldı.
Böyük miqyaslı problem səbəbiylə Facebook, WhatsApp və Instagram xidmətləri dünya miqyasında əlçatmaz idi.