Sosiyal şəbəkə Facebook “live” funksiyasının istifadəsini məhdudlaşdıracaq.
Sosiyal şəbəkə tərəfindən yayılan məlumatda deyilir ki, qeyd olunan addım, Yeni Zelandiyada, Kraistçerç şəhərində törədilən hücumla bağlıdır, hansını terorist Facebook-un canlı yayımında göstərmişdi.
Bəyanatda deyilir ki, canlı funksiyasından istifadə etmək o istifadəçilər üçün məhdudlaşdırılacaq, hansılar bir dəfə olsun, sosiyal şəbəkə qaydalarını pozublar.
İlk mərhələdə, məhdudlaşdırılan istifadəçilər müvəqqəti olaraq, canlı yayım funksiyasından istifadə edə bilməyəcəklər.
Facebook-un bu qərarını yeni Zelandiyanın baş naziri Casinda Andern dəstəklədi.