Facebook-dan sonra, Rusiya öz ərazisində Twitteri də bloka saldı. Bu barədə məlumatı “forbs” “interfaks” rus nəşrinə istinad edərək yayır. Nəşrin məlumatına görə, Rusiya ərazisində Twitterə əlçatarlıq Baş Prokurorluğum 24 fevral tarixli tələbinə əsasən məhdudlaşdırıldı.
“The Guardian” Rusiyanın dövlət xəbər agentliyi olan “Ria Novosti”-yə istinadən yazır ki, Rusiyanın rabitə tənzimləyicisi Roskomandzor “Twitterə” əlçatarlığı məhdudlaşdırdı.
Roskomandzor 2020-ci ilin oktyabr ayından bəri Facebook-un bloklanmasına səbəb kimi, “Facebook tərəfindən Rusiya mediasına və informasiya mənbələrinə qarşı diskriminasiyanın” 26 faktını göstərir.
Ukraynanın işğalından sonra Putin rejimi mütəmadi olaraq medianı müharibənin işıqlandırılması ilə hədələyir. Wikipediyanın bloklanması da planlaşdırılır.
Rusiyanın qanunvericilik orqanı ölkənin silahlı qüvvələri ilə bağlı “saxta xəbərlərin” yayılmasına qarşı yeni qanun qəbul etdi; qanun 15 il həbs cəzasını nəzərdə tutur.