Sosiyal şəbəkə Facebook öz platformasında kriptovalyutaların, binar opsiyaların və ICO reklamlarının yerləşdirilməsini qadağan etdi. Bu barədə sosiyal şəbəkə tərəfindən yayılan rəsmi məlumatda deyilir.
Şirkətdə bəyan edirlər ki, bu tipli bəyanatlar istifadəçiləri səhvə salır.
“İstəyirik ki, insanlar Facebook-un reklam bəyanatlarından yeni məhsul və ya xidmət haqqında məlumat alsınlar və qorxuları olmasın ki, bu dolandırıcılıq və yaxud yalandır” – deyilir şirkətin bəyanatında.
Facebook-da açıqlayırlar ki, bir çox şirkət binar opsiyonların, İCO və kriptovalyutanın reklamını edərkən dürüst hərəkət etmir.