Facebook administrasiyası Donald Trampın hesabını qeyri-müəyyən müddətlə dayandırdı
Facebook administrasiyası Donald Trampın hesabını qeyri-müəyyən müddətlə dayandırdı

Facebook administrasiyası Donald Trampın hesabını qeyri-müəyyən müddətlə dayandırdı.

Amerikan qiqant sosiyal şəbəkənin təsisçisi Mark Tsukerberq bəyan edir ki, ABŞ-ın qüvvədə olan prezidentinin hesabı, onun tərəfindən hakimiyyətin tapşırılmasına qədər açılmayacaq.

“Son 254 saat ərzində baş verən hadisələr göstərir ki, Donald Tramp iqtidarda olduğu son günlərdə, hakimiyyəti qanuni yollarla təhvil vermək yerinə, ondan sonra seçilən Co Baydenə zərər verməyə çalışacaq.

Biz düşünürük ki, bu müddətdə, onun bizim xidmətimizdən istifadə etməsinin riskləri çox böyükdür. Ona görə də, biz müvəqqəti olaraq, onun İnstaqram və Facebook sosiyal şəbəkələrindəki hesabını ən az iki həftəliyinə, hakimiyyətin qanuni yollarla təhvil verilməsinə qədər bloklayırıq” – deyilir Mark Tsukerberqin bəyanatında.