"Faizer" şirkəti 2021-ci ildə, COVİD-19-a qarşı vaksinanın satışından 15 milyard dollarlıq gəlir gözləyir
“Faizer” şirkəti 2021-ci ildə, COVİD-19-a qarşı vaksinanın satışından 15 milyard dollarlıq gəlir gözləyir.
Bu haqda məlumatı “Royter” informasiya agentliyi yayır.
“Faizer” vaksinayı Almaniyalı partnyor şirkəti “Biontek”-lə bərabər yaratdı.
Yanvarın 31 üçün, şirkət vaksinanın 65 milyon dozasını dünya ölkələrinə və 29 milyon dozasını isə, Amerika Birləşmiş Ştatlarına satıb.
May ayında “Faizer” ABŞ iqtidarına 200 milyon doza vaksina satmağı planlayır.
“Faizer” və “Biontek” vaksinaları ABŞ və digər ölkələrdə istifadə üçün təsdiqlənən ilk vaksinalardır.
Şirkətin məlumatına görə, ilin sonuna qədər vaksina satışlarından əldə edilən ümumi gəlir həcminin 59.4-61.4 milyard dollar olacağı gözlənilir.