Ezamiyyə xərclərinin qarşılanmasına dair normativ aktlar dərc edilərək qüvvəyə minib
“Peşəkar dövlət qulluqçusunun ezamiyyətə göndərilməsi, onun ezamiyyə xərclərinin ödənilməsi və kompensasiyanın məbləğinin və şərtlərinin müəyyən edilməsi qaydası haqqında” sərəncama dəyişikliyin daxil edilməsi barədə Gürcüstan hökumətinin 470 saylı sərəncamı qanunvericilik carçısında dərc olunub.
Hökumət Administrasiyasının mətbuat xidməti tərəfindən verilən məlumatda bildirilir ki, həmçinin “İşçilərə ödənilən ezamiyyə xərclərinin normalarının müəyyən edilməsi haqqında” Gürcüstanın maliyyə nazirinin 5 aprel 2005-ci il tarixli əmrində dəyişikliyin edilməsi haqqında 336 saylı əmri dərc edilib.
Bəhsi keçən normativ aktlara əsasən, ölkədaxili ezamiyyətlər üçün günlük xərclərin norması 30 lariyə artırılıb, ölkədən kənarda isə ezamiyyətlər və yaşayış sahəsinin kirayəsi ilə bağlı günlük xərclərin normaları mövcud reallığı nəzərə almaqla, hər bir ölkəyə münasibətdə müəyyən edilib.
Hər iki sənəd dərc edildikdən sonra qüvvəyə minib.