Eyni xidmət üzrə bütün klinikalarda eyni tarifin olacağı ilə əlaqədar klinikaların maliyyələşdirilməsinin yeni qaydası qüvvəyə minib
Bu gündən etibarən tibbi xidmətlərin maliyyələşdirilməsi islahatı qüvvəyə minir.
Səhiyyə Nazirliyi tərəfindən verilən məlumatda Ümumi Səhiyyə Proqramına qoşulmuş klinikalarla hesablaşmanın diaqnozla əlaqəli qrupların (DRG) maliyyələşdirmə modeli ilə həyata keçiriləcəyi deyilir.
Nazirlikdən DRG sistemi ilə vətəndaşların keyfiyyətli müalicəsi üçün dövlətin ödəyəcəyi ədalətli qiymətin avtomatik hesablanacağı deyilir.
Səhiyyə naziri Zurab Azaraşvili dövlətin vətəndaşların sağlamlığının qayğısına qaldığını, tibbi xidmətlərin daha da əlçatan və keyfiyyətli olması üçün aktiv işlədiyini bildirib.
Səhiyyə Nazirliyi tərəfindən verilən məlumatda yeni metod tətbiq edildikdən sonra eyni xidmət üzrə bütün klinikalarda eyni tarifin olacağı deyilir. Pasiyent yalnız Ümumi Səhiyyə Proqramı çərçivəsində müştərək ödəniş payına daxil olan məbləği (paketlərdən asılı olaraq 0-dan 30%-ə qədər) ödəyəcək. Klinika isə artıq Ümumi Səhiyyə Proqramında iştirak edən pasiyentdən əlavə ödəniş tələb edə bilməyəcək.
Səhiyyə naziri qurumun müştərək ödəniş və göstərilən xidmətlərin keyfiyyətinə ciddi nəzarət edəcəyini bildirib.
Səhiyyə Nazirliyi tərəfindən verilən məlumatda DRG-nin dünyanın inkişaf etmiş ölkələrində geniş sınaqdan keçmiş maliyyələşdirmə modeli olduğu deyilir. Yeni sistem üzrə maliyyələşmənin həcmi pasiyentin diaqnozu, yaşı, xəstəxanada qalma müddəti və digər meyarlar əsasında müəyyən edilir. Metod bütövlükdə səhiyyə sisteminin səmərəliliyini artırır və səhiyyə sistemində mövcud olan maliyyə resurslarının pasiyentin ehtiyacları üçün daha çox istifadə edilməsinə imkan verir.