Ev dustaqlığına nəzarəti təkmilləşdirmək məqsədilə çevik reaksiya qrupu yaradıldı
Cinayətlərin prevenesiyası, qeyri-həbs cəzalarının icrası və Milli Probasiya Agentliyi ev dustaqlığına nəzarəti təkmilləşdirmək üçün çevik reaksiya qrupunu yaratdı.
Cinayətlərin Prevenesiyası Agentliyinin məlumatına görə, nəzarət vahidliyi ev dustaqlığı olan məhkumu yaşayış yeri üzrə yoxlayacaq.
“Qrup ev dustaqlığı rejiminin pozulması halında Agentlikdəki elektron monitorinq mərkəzindən daxil olan xəbərə uyğun münasibət bildirəcək. Ekipaj rejimin mümkün pozulması faktını saat 18:00-dan 09:00-dək yoxlayacaq. İlkin olaraq monitorinq pilot rejimdə Tbilisi miqyasilə həyata keçiriləcək.
Çevik reaksiya qrupunu Cinayətlərin prevenesiyası, qeyri-həbs cəzalarının icrası və Milli Probasiya Agentliyinin rəhəbəri, Lado Xeladze təqdim etdi.
Yeni nəzarət vahidliyinin yaradılması ev dustaqlığının icrasının səmərəliliyinin artırılmasına xidmət edir”, -Agentlikdə bəyan edirlər.