Eurovision 2025-də 38 ölkə iştirak edəcək
Eurovision 2025-də 38 ölkə iştirak edəcək

69-cu Eurovision Mahnı Müsabiqəsində 38 ölkə iştirak edəcək. Gələn il Eurovision İsveçrənin Bazel şəhərində keçiriləcək. İsveçrənin təmsilçisi Nemo 2024-cü il müsabiqəsini The Code mahnısı ilə qazandıqdan sonra İsveçrə müsabiqənin qalibi oldu. O, 591 xal toplayıb.

Müsabiqədə aşağıdakı ölkələr iştirak edəcək: Gürcüstan, Albaniya, Ermənistan, Avstraliya, Avstriya, Azərbaycan, Belçika, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya.

“Eurovision 2025” mayın 13, 15 və 17-də keçiriləcək.