Avroviziya 2024-də Gürcüstan təmsilçisi ikinci yarımfinal şousunda çıxış edəcək
“Eurovision 2024”ə ev sahibliyi edən Malmödə müsabiqənin püşkatma mərasimi keçirilib. Gürcüstan təmsilçisi Nutsa Buzaladzenin ikinci yarımfinal şousunun ikinci yarısında çıxış edəcəyi məlum olub.
Gürcüstanla birlikdə Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Ermənistan, İsrail, Estoniya, Niderland, Norveç, Latviya, San Marino və Belçika ikinci yarımfinalda çıxış edəcəklər.
Birinci yarımfinal şousuna gəlincə, burada Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Azərbaycan və Moldova çıxış edəcəklər.
Böyük Beşlik ölkələri: Böyük Britaniya, İtaliya, İspaniya, Fransa, Almaniya və ötən ilin qalibi – İsveç avtomatik olaraq finala çıxacaq.
İsveç, Böyük Britaniya və Almaniya birinci yarımfinalda, İspaniya, İtaliya və Fransa isə ikinci yarımfinalda səs verə biləcəklər.
Xatırladaq ki, Avrovizya Mahnı Müsabiqəsi mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində, “Malmö Arena”da keçiriləcək.