“Euronews” – Avropa Parlamentinin 122 deputatı dondurulmuş Rusiya aktivlərinin Ukrayna üçün istifadə edilməsinə dair danışıqların bərpa olunmasını tələb edir
Avropa Parlamentinin 122 deputatı dondurulmuş Rusiya aktivlərinin Ukrayna üçün istifadə edilməsinə dair danışıqların bərpa olunmasını tələb edir, – bu barədə “Euronews” yazır.
“Euronews”un məlumatına görə, deputatlar Avropa Komissiyasının prezidenti Ursula fon der Layenə, Aİ-nin ali nümayəndəsi Kaia Kallasa, Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskisə, Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koştaya və Aİ Şurasına sədrlik edən ölkənin – İrlandiyanın baş naziri Mixol Martina məktub göndəriblər.
Məktubda Avropa Parlamentinin üzvləri Avropa İttifaqını dondurulmuş Rusiya aktivlərinin Ukraynaya kömək məqsədilə istifadə edilməsinə dair danışıqları bərpa etməyə çağırırlar. Məktubda qeyd olunur ki, Rusiya Ukraynaya vurduğu ziyanı ödəməlidir. Müvafiq olaraq, deputatların bildirdiyinə görə, Rusiyanın dondurulmuş aktivləri Ukraynanın və onun müdafiəsinin maliyyələşdirilməsinə yönəldilməlidir.
Avropa Parlamentinin üzvləri həmçinin Avropa Komissiyasını Aİ-yə üzv ölkələrin, o cümlədən Belçikanın etirazlarını aradan qaldırmalı olan yeni təklif təqdim etməyə çağırırlar.
“Rusiya təcavüzkar müharibəsinin maliyyə nəticələrini daşımalıdır”, – məktubda deyilib.