Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Martğopi kəndində salınan “Biznes həyəti”nin tikintisi ilə tanış olub
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Kaxa Kakabadze Qardabani Munisipalitetinin Martğopi kəndində “Biznes həyəti”nin tikintisi ilə tanış olub.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu günə kimi 40-a yaxın biznes meydançası təşkil edilib ki, ilin sonuna qədər onlara 20 yeni biznes meydançası əlavə olunacaq. Bu mərhələdə Ğvareli, Axmeta, Tğibuli, Saçxere, Tsaqeri və Martvilidə işlər aparılır.