Ətraf Mühitin Müdafiəsi Nazirliyi - Milli Şərab Agentliyi 100-ə yaxın gənci şərabçılıq müəssisələrində operator vəzifəsində işlə təmin edəcək
2023-cü ilin məhsul yığımı çərçivəsində Milli Şərab Agentliyi müxtəlif regionlarda 100-ə qədər gənci şərabçılıq müəssisələrində operator olaraq işlə təmin edəcək. Bu barədə Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
“Gənclər operator vəzifəsinə müsahibə nəticəsində seçilib. Seçilmiş namizədlər Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən üzüm koordinasiya qərargahında təlim keçiblər.
Ölkədə bu proqram 2013-cü ildən fəaliyyət göstərir. Proqram yüksək keyfiyyətli şərab istehsalı üçün təqdim edilən üzümlər haqqında tam və dəqiq məlumatların toplanmasını təmin edir.
İşlə təmin olunan gənclərin bir qisminin artıq əvvəlki illərdəki oxşar iş təcrübəsi var”, -qurumun məlumatında qeyd olunur.