Ətraf Mühitə Nəzarət İdarəsi şimşir ağaclarının qanunsuz şəkildə əldə edilməsinə nəzarəti sərtləşdirir
Ətraf Mühitə Nəzarət İdarəsi şimşir ağaclarının qanunsuz şəkildə əldə edilməsinə nəzarəti sərtləşdirir

 

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət İdarəsi Bzoba bayramının yaxınlaşması ilə əlaqədar şimşir ağaclarının qanunsuz şəkildə əldə edilməsinə nəzarəti sərtləşdirir.

Ətraf Mühitə Nəzarət İdarəsi tərəfindən verilmiş məlumatda idarənin ekipajlarının respublika miqyasında 24 saatlıq patrul xidməti zamanı xüsusilə son illərdə şimşir ağaclarının qanunsuz əldə edilməsi və satışı statistikasının yüksək olduğu ərazilərə xüsusilə nəzarət edəcəkləri deyilir.

“Kolxa şimşiri Qırmızı Kitabda qorunan növdür. Onu kəsmək, kökündən çıxarmaq və ya budaqlarına zərər vurmaq qanunla cəzalandırılır. Qeyd olunan pozuntuya görə 500-dən 1000 lariyə qədər cərimə nəzərdə tutulur. Şimşirin qanunsuz əldə edilməsi nəticəsində ətraf mühitə dəymiş ziyan 1000 laridən çox olacağı təqdirdə, məsələ cinayət işi olaraq təsnif edilir.

Şimşir ağacını yalnız xüsusi mülkiyyətdə olan tingliklərdən və yerli özünüidarə orqanı tərəfindən verilmiş müvafiq mənşə sertifikatı əsasında süni şəkildə becərilmiş plantasiyalardan əldə etmək olar.

Ətraf Mühitə Nəzarət İdarəsi əhaliyi qanunu pozmamağa çağırır. Qanun pozuntusuna yol verildiyi təqdirdə isə, idarənin əməkdaşlarının hər bir fakta müvafiq reaksiya verə bilməsi üçün Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin-153 qaynar xəttinə (zəng pulsuzdur, anonimlik qorunur) zəng edin” – deyə Ətraf Mühitə Nəzarət İdarəsinin məlumatında qeyd olunub.