Milli Ətraf Mühit Agentliyi - yanvarın 5-dək Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir
Milli Ətraf Mühit Agentliyinin məlumatında yanvarın 5-dək Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyinin gözlənildiyi deyilir.
“Qərbi Gürcüstanın aran rayonlarında havanın temperaturunun gecə 0, +5, Şərqi Gürcüstanın aran rayonlarında -5,0 dərəcə , gündüz saatlarında +10,+15 dərəcə çərçivəsində olacağı gözlənilir”-deyə agentliyin məlumatında qeyd olunur.
Bununla yanaşı, sinoptiklərin proqnozuna görə Tbilisidə əsasən yağmursuz hava şəraiti gözlənilir. Paytaxtda havanın temperaturu gecə- 2,0 , gündüz saatlarında isə +11,+13 dərəcə çərçivəsində olacaq.