Estoniyanın baş naziri - atəşkəs işğal olunmuş ərazilərdəki qəddarlıqların sonlanacağı mənasına gəlmir, biz Gürcüstanda, Donbasda, Krımda bu səhvə artıq yol vermişik və buna bir daha yol verə bilmərik
Atəşkəs işğal olunmuş ərazilərdəki qəddarlıqların sonlanacağı mənasına gəlmir , biz Gürcüstanda, Donbasda, Krımda bu səhvə artıq 3 dəfə yol vermişik və buna bir daha yol verə bilmərik-“Guardian” nəşrinin yazdığı üzrə bu barədə Estoniyanın baş naziri Kaia Kalas bildirib.
Estoniyanın baş naziri Ukraynadakı vəziyyətdən danışıb və qeyd edib ki, Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Avropa birliyinin qorunması yüksək inflyasiya və qiymətlər səbəbindən getdikcə çətinləşir.
“Guardian”ın verdiyi məlumata görə, Kaia Kalas həmçinin Fransa prezidenti Emmanuel Makronu Vladimer Putin üçün münaqişənin diplomatik yolla həllini təmin etməyə çalışdığına görə də tənqid edib.
“Biz sanksiyaların bizim tərəfimizə də zərər verdiyi mərhələdəyik. Əvvəlcə sanksiyalar yalnız Rusiya üçün çətin idi, indi isə o həddə çatmışıq ki, sanksiyalar öz ölkələrimiz üçün də ağrılıdır və indi sual ondan ibarətdir ki, biz nə qədər ağrıya dözməyə hazırıq. Bunlar müxtəlif ölkələr üçün fərqlidir. Birliyi qorumaq çox çətindir, yüksək inflyasiya və enerji resurslarının qiymətinə görə getdikcə daha da çətinləşir”, -deyə Estoniyanın baş naziri bildirib.
Onun sözlərinə görə “Qaz bahalı ola bilər, lakin azadlıq əvəzsizdir. Azad dünyada yaşayan insanlar bunu həqiqətən dərk etmirlər”.
Kaia Kalasın sözlərinə görə o,”Rusiyanın totalitar həbsxanasından çıxanda” yeniyetmə olub.
“Mən bunun necə hiss olduğunu bilirəm və bu, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsidir. Lakin bəzi Qərbi Avropa ölkələri bu təcrübəni yaşamayıb. Beləliklə, dəyərlər ağrını öz üzərinizdə hiss edən kimi yox ola bilər” -deyə o qeyd edib.
Kaia Kalas Emmanuel Makronu Vladimer Putinlə danışdığına görə tənqid edib.
“Mən onunla danışmağın mənasını görmürəm. Əgər biz istəyiriksə, o zaman bizim mesajımız o olmalıdır ki, o təcrid olunub, o buna görə cəzasız qalmayacaq və törətdiyi bütün cinayətlərə görə cavab verəcək” -deyə K.Kalas bildirib.
Onun sözlərinə görə, atəşkəs işğal olunmuş ərazilərdə qəddarlıqların sonlanacağı mənasına gəlmir.
“Atəşkəs və ya sülh üçün erkən çağırışlar məni çox narahat edir, çünki atəşkəs işğal olunmuş ərazilərdəki qəddarlıqların sonlanacağı mənasına gəlmir, biz Gürcüstanda, Donbasda, Krımda bu səhvə artıq 3 dəfə yol vermişik və buna bir daha yol verə bilmərik- deyə Kaia Kalas bildirib.
Estoniya lideri həmçinin Makronun Putini alçaltmaq olmaz deyə səsləndirdiyi bəyanata da münasibət bildirib.
“Putin Rusiyaya qayıdaraq öz adını qoruyub saxlaya bilər, çünki onun qüvvələri suveren ölkədədirlər” -deyə Estoniya lideri bildirib.