Estoniyalı müğənni Gürcüstan barəsində yazılan mahnı ilə daxili seçim müsabiqəsində iştirak edir
Estoniyalı müğənni, Eqert Midler Gürcüstan barəsində yazılan mahnı ilə Avroviziya Mahnı Müsabiqəsinə düşməyə çalışır.
Midler artıq daxili seçim müsabiqəsinin ilk mərhələsini keçdi və indi yarımfinalda 23 müsabiqəçi ilə iştirak edir.
Mahnının adı “Georgia (On My Mind)”-dır və onun klipi Gürcüstanda, o cümlədən Tbilisidə, Kazbeqidə, Vardziya və Rabatidə çəkilib.
Midlerin dediyinə görə, Gürcüstanda üç il ərzində yaşayırdı və onun qəlbində Gürcüstan xüsusisi yer tutur.