Estoniya prezidenti Viktor Orbanın Moskvaya səfərini sadəlövh, narahatedici və mənasız adlandırır
Estoniya prezidenti Viktor Orbanın Moskvaya səfərini sadəlövh, narahatedici və mənasız adlandırır

Estoniya prezidenti Alar Karis Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfərini sadəlövh, narahatedici və mənasız adlandırır.

“Bu səfəri qiymətləndirsək: sadəlövh, narahatedici və mənasızdır”, – Estoniya Prezidenti yazır.

Macarıstanın Baş naziri Viktor Orban bu gün Moskvaya gedib. Səfər çərçivəsində Kremldə Vladimir Putin və Viktor Orban arasında görüş keçirilir. Macarıstanın xarici işlər naziri Piter Siyarto da Moskvadadır.

Xatırladaq ki, bir neçə gün əvvəl Viktor Orban Kiyevdə olub və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. İyulun 1-dən Macarıstan altı ay ərzində Avropa İttifaqı Şurasının sədri oldu.