Estomiya "astrazeneka" vaksinin 900 min dozasını başqa ölkələrə verəcək, o cümlədən Şərq Partnyorluğu üzvlərinə
Estomiya koronavirusa qarşı “astrazeneka” vaksinin 900 min dozasını başqa ölkələrə, o cümlədən Şərq Partnyorluğu üzvlərinə verəcək.
Bu barədə mətbuat konfransında baş nazir Kaia kKalas bəyan etdi.
Baş nazirin açıqlamasına görə, Estoniya vaksinlərin artıq dozasını vaksin qıtlığı olan və ya vaksini ümumiyyətlə almayan ölkələrə verəcək.
Vaksinlərin başqa ölkələrə paylanılması barəsində qərarı Estoniya ona görə qəbul etdi ki, lazım olduğundan artıq vaksin sifariş etmişdi.
Estoniya “astrazeneka” dozalarını müxtəlif ölkələrə ÜST-ün “kovaks” proqramı vasitəsi ilə verəcək, Şərq Partnyorluğu üzvlərinə isə, birbaşa ayıracaq.