Ermənistanın paytaxtı Yerevanda etirazlar davam edir
Ermənistanın paytaxtı Yerevanda etirazlar davam edir

Ermənistanın paytaxtı Yerevanda etirazlar davam edir. Erməni mediasının məlumatına görə, “Vətən naminə” yürüş Azadlıq meydanına doğru gedir. Erməni kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstaniani aksiyada iştirak edir.

Yerevanın Azadlıq meydanına çoxlu sayda polis səfərbər olunub.

Bu gün Ermənistanın Milli Akademik Opera və Balet Teatrında Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi “Avropa Yenidənqurma və İnkişaf Bankı”nın beynəlxalq forumu keçiriləcək. Bununla bağlı polis bəyanat yaydı və məlumatda bildirildi ki, yerli vaxtla saat 15:00-dan 20:00-dək Milli Akademik Opera və Balet Teatrını əhatə edən küçələrdə vətəndaşların hərəkəti məhdudlaşdırılacaq.

Etiraz aksiyası məhz Opera Teatrının qarşısında, Azadlıq meydanında keçirilir.

Aksiya iştirakçıları kəndlərin Azərbaycana verilməsi planına etiraz edirlər.