Ermənistanın Kirants kəndinin sakinləri dörd kəndin Azərbaycana verilməsinə etiraz edirlər
Ermənistanın Kirants kəndinin sakinləri dörd kəndin Azərbaycana verilməsinə etiraz edirlər

 
Ermənistanın Kirants kəndinin sakinləri Ermənistanla Gürcüstanı birləşdirən yolu bağlayıblar. Erməni mediasının yazdığı kimi, vətəndaşlar Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı hissələrinin demarkasiyası haqqında razılaşmaya və 4 kəndin Azərbaycana verilməsinə etiraz edirlər.

Yayılmış məlumata əsasən, Tavuş vilayətinin polis rəisi əraziyə gedib və aksiya iştirakçıları ilə danışıqlar aparır. O, yerli sakinləri yolu açmağa və Tavuşun qubernatoru ilə görüşməyə çağırıb. Hazırda polis bağlanan yolu açmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşlara qanuni tədbirlər görəcəkləri barədə xəbərdarlıq ediblər.

Medianın verdiyi məlumata görə, bundan əvvəl Ermənistanın təhlükəsizlik xidmətinin nümayəndələri sərhədin demarkasiyası nəticəsində Azərbaycan ərazisinə düşəcək evləri müəyyən etmək üçün Kirants kəndinə gediblər.

Məlumat üçün bildirək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin mayın 16-da keçirilən iclasında deyib ki, erməni və azərbaycanlı sərhədçilər 8-9 günə demarkasiya olunmuş sərhədə yerləşəcəklər, Kirna kəndində isə bu daha sonra baş verəcək, çünki əlavə təfərrüatlar dəqiqləşdirilməlidir.

Bununla yanaşı, Ermənistanla Gürcüstanı birləşdirən yolun Kirants kəndindən keçən hissəsi gec-tez bağlanacaq və Ermənistan hakimiyyəti hesab edir ki, bu yolun bir hissəsi Kirants kəndinin bir hissəsi ilə birlikdə Azərbaycana verilsin.