Ermənistanın Xarici İşlər Nazirliyi – Türkiyə hazırda tamamlanmaqda olan və tezliklə Türkiyə tərəfinə təhvil veriləcək Anis körpüsünün bərpası ilə bağlı protokolu Ermənistana təhvil verib

14:10, 28.04.2024

Ermənistan tezliklə Anis körpüsünün bərpası ilə bağlı yanaşmalarını Türkiyəyə çatdıracaq. Bu barədə Erməni mediası ölkənin Xarici İşlər Nazirliyinə istinadən yazır.

“Türkiyə hazırda tamamlanmaqda olan və tezliklə Türkiyə tərəfinə təhvil veriləcək Anis körpüsünün bərpası ilə bağlı protokolu Ermənistana təhvil verib”, – deyə məlumatda deyilir.

Həmçinin, Ermənistan mediası yazır ki, paralel olaraq, Marqara-Əlican nəzarət-buraxılış məntəqəsində bərpa işləri artıq başa çatıb və sərhəd  məntəqəsi istifadə üçün hazırdır.

Oxşar