Ermənistanın xarici işlər naziri gürcü, ukraynalı və moldovalı həmkarlarını Avropa Şurasının qərarı münasibətilə təbrik edir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gürcü, ukraynalı və moldovalı həmkarlarını Avropa Şurasının qərarı münasibətilə təbrik edir.
“Gürcüstan, Ukrayna və Moldovadan olan həmkarlarımı, İlia Darçiaşvili, Dmitro Kuleba və Niku Popeskunu və üç ölkənin vətəndaşlarını Avropa İttifaqı Şurasının mühüm qərarları münasibətilə təbrik edirəm. Bu, Avropa ailəsi, demokratik prinsipləri bölüşənlər üçün tarixi gündür” – Mirzoyan sosial şəbəkədə yazır.
Avropa Şurasının bugünkü qərarı ilə Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə oldu, Ukrayna və Moldova ilə üzvlük danışıqları açıldı.