Ermənistanın baş naziri vəzifəsinə Nikol Paşinyanı ikinci dəfə təqdim etdilər
Nikol Paşinyanı Ermənistanın baş naziri vəzifəsinə ikinci dəfə təqdim etdilər. Paşinyan Ermənistan qanunvericilik orqanında nitqlə çıxış edir. Bu günki iclasda deputatlar müxalifətçinin baş nazir seçilməsinə bir daha toxunacaqlar.
Keçən həftə bu cəhd nəticəsiz başa çatdı. Lakin ondan sonra hakim partiya mövqeyini dəyişdi və bəyan etdi ki, mayın 8-də, Ermənistanın yeni baş naziri olacaq. Nikol Paşinyan bu vəzifəyə təqdim olunan yeganə namizəddir.
Ermənistan mətbuatının yazdığına görə, Paşinyana hakim partiyada olan biznesmenlər və milli azlıqlar səs verəcəklər. Jurnalistlərin məlumatına görə, hakim partiyadan Paşinyan 12 səs alacaq. Bu isə, baş nazir seçilməsi üçün yetərlidir.
İclasa paralel olaraq Respublika Meydanına minlərlə insan toplaşıb. Onlar böyük ekranda iclası izləyirlər.