Ermənistanın baş naziri Tehrana səfər edib, o, burada matəm mərasimində iştirak edəcək
Ermənistanın baş naziri Tehrana səfər edib, o, burada matəm mərasimində iştirak edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Tehrana səfər edib.

“İran prezidenti İbrahim Rəisiyə, xarici işlər naziri Hüseyn Əmir-Abdolahyana və onlarla bərabər olan şəxsləri ehtiramla yad etmək və başsağlığı vermək üçün matəm mərasimində iştirak edəcəyəm”, – Paşinyan bildirib.

Mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdollahiyan və başqa şəxslərin olduğu helikopter qəzaya uğrayıb. İran prezidenti sabah, mayın 23-də doğma şəhərində dəfn ediləcək.