Ermənistanın Avropa İttifaqındakı səfiri - Vladimir Putin Ermənistana səfər edərsə, həbs olunmayacaq
Ermənistanın Avropa İttifaqındakı səfiri - Vladimir Putin Ermənistana səfər edərsə, həbs olunmayacaq

Rusiya prezidenti Vladimir Putin Ermənistana səfəredərsə, həbs olunmayacaq,- bu barədə Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan bildirib.

Roma statutunun ratifikasiyasına əsasən Rusiya prezidentinin Ermənistana səfər etdiyi təqdirdə Ermənistan tərəfindən həbs olunacaqmı deyə ünvanlanmış sualına erməni diplomat bu gün Rusiya prezidentinə münasibətdə belə bir riskin olmadığı cavabını verib.

“Ermənistanı Roma Statutunun ratifikasiya prosesini ləngitməsinə nə məcbur etdi? Məhz ona görə ki, bizim suveren sərhədlərimizlə bağlı Rusiyanın təminatları işə yaramadı. Beynəlxalq Cinayət Məhkəməsini Azərbaycandan Ermənistana qarşı yeni təcavüzün olmamasının qabaqlayıcı təminatlarından biri hesab edirik və işğalçı Azərbaycan qüvvələrinin Ermənistan ərazisində törətdiyi hərbi cinayətlər araşdırılacaq və günahkarlar məhkəmənin qərarı ilə cəzalandırılacaq”, – deyə Tiqran Balayan bildirib.