Ermənistanda ümumxalq itaətsizlik aksiyaları yenidən başladı. Müxalifatın tərəfdarları Yerevan küçələrinə çıxdılar və küçələri bağladılar. Tələbələrin yürüşü Yerevanın başqa başqa məhəllələrində keçirilir.
Müxalifət lideri Nikol Paşinyanın bundan əvvəl bəyan etdiyi kimi, nümayişçilər Yerevanda bir neçə küçəni bağlayacaqlar. Aşxam yekunlaşdırıcı etiraz aksiyası Respublika Meydanında keçiriləcək.
Xatırladaq ki, nümayişlər Yerevanda martın sonundan başladı. Müxalifət və onun tərəfdarları Serj Sarqsiyanın istefasına nail oldular. Lakin Paşinyanın bəyan etdiyinə görə, Ermanistan baş naziri vəzifəsinə müxalifət namizədini seçilməyənə və növbədənkənar seçkilərin təyin olunmamasına qədər ümumxalq itaətsizlik aksiyaları davam edəcək.
Parlamentdə baş nazirin seçkiləri mayın 1-ə təyin olunub. Bu vəzifəyə üç fraksiya Nikol Paşinyanın namizədliyini dəstəkləyir.