Ermənistanda son 24 saat ərzində 982 koronavirusa yoluxma faktı aşkarlanıb, 1153 xəstə sağalıb

12:03, 17.11.2021

Ermənistanda son 24 saat ərzində 982 koronavirusa yoluxma faktı aşkarlanıb, 1153 xəstə sağalıb. Eyni zamanda, son gündə ölkədə Kovid-19-dan 55 xəstə dünyasını dəyişib.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinə istinadən yerli mətbuat yayıb.

Noyabrın 17-nə olan məlumata görə, Ermənistanda pandemiyanın başlanğıcından indiyədək 330 895 nəfər koronavirusa yoluxub, onlardan 298 492 nəfəri sağalıb.

Oxşar