Ermənistanda son 24 saat ərzində 810 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1916 xəstə sağalıb
Ermənistanda son 24 saat ərzində 810 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1916 xəstə sağalıb

Ermənistanda son 24 saat ərzində 810 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1916 xəstə sağalıb, vəfat edənlərin sayı 30 nəfər artıb.

Məlumatı Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən yayıb.

Noyabrın 3-nə aktiv halların sayı 30 340 olub. Pandemiyanın başlanğıcından indiyədək Ermənistanda 321 243 koronavirusa yoluxma halı aşkarlanıb, onlardan 282 866 nəfəri sağalıb.

Rəsmi məlumatlara görə, Ermənistanda ümumilikdə 6700 nəfər koronavirusdan həlak olub.