Ermənistanda son 24 saat ərzində 799 koronavirusa yoluxma faktı aşkarlanıb, 1903 xəstə sağalıb
Ermənistanda son 24 saat ərzində 799 koronavirusa yoluxma faktı aşkarlanıb, 1903 xəstə sağalıb. Eyni zamanda, son gündə ölkədə Covid-19-dan 29 xəstə dünyasını dəyişib, daha 5 xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib. Bu barədə məlumatı Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən yayıb.
Ötən gecə Ermənistanda 8148 koronavirus testi aparılıb. Noyabrın 19-na pandemiya başlayandan ölkədə 332 713 koronavirusa yoluxma faktı aşkarlanıb, onlardan 301 856 nəfəri sağalıb.
Pandemiyanın başlanğıcından indiyədək Ermənistanda rəsmi məlumatlara görə, ümumilikdə 7212 nəfər koronavirusdan vəfat edib. 1402 yoluxmuş insanın ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.