Ermənistanda son 24 saat ərzində 572 koronavirusa yoluxma faktı aşkarlanıb, 1617 xəstə sağalıb
Ermənistanda son 24 saat ərzində 572 koronavirusa yoluxma faktı aşkarlanıb, 1617 xəstə sağalıb

Ermənistanda son 24 saat ərzində 572 koronavirusa yoluxma faktı aşkarlanıb, 1617 xəstə sağalıb. Eyni zamanda, son günlər ölkədə Covid-19-dan 52 xəstə dünyasını dəyişib, daha 6 xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.

Bu barədə məlumatı Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən yayıb.

Ötən gün Ermənistanda 7699 koronavirus testi aparılıb. Pandemiya başlayandan noyabrın 16-na olan məlumata görə, ölkədə 329 913 nəfərdə koronavirus aşkarlanıb, onlardan 297 339 nəfər    sağalıb.

Pandemiyanın başlanğıcından indiyədək Ermənistanda rəsmi məlumatlara görə, ümumilikdə 7107 nəfər koronavirusdan vəfat edib. 1385 yoluxmuş insanın ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.