Ermənistanda son 24 saat ərzində 572 koronavirusa yoluxma faktı aşkarlanıb, 1019 xəstə sağalıb
Ermənistanda son 24 saat ərzində 572 koronavirusa yoluxma faktı aşkarlanıb, 1019 xəstə sağalıb

Ermənistanda son 24 saat ərzində 572 koronavirusa yoluxma faktı aşkarlanıb, 1019 xəstə sağalıb. Eyni zamanda, son günlər ölkədə Covid-19-dan 30 xəstə dünyasını dəyişib, daha 3 xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.

Bu barədə məlumatı Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən yayıb.

Ötən gecə Ermənistanda 10 074 koronavirus testi aparılıb. Noyabrın 18-nə pandemiya başlayandan ölkədə 331 914 nəfərdə koronavirus aşkarlanıb, onlardan 29 953 nəfər sağalıb.

Pandemiyanın başlanğıcından indiyədək Ermənistanda rəsmi məlumatlara görə, ümumilikdə 7183 nəfər koronavirusdan vəfat edib. 1397 xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.