Ermənistanda son 24 saat ərzində 531 yeni koronavirusa yoluxma faktı aşkarlanıb
Ermənistanda son 24 saat ərzində 531 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1438 xəstə sağalıb, vəfat edənlərin sayı 48 nəfər artıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinə istinadən yerli mətbuat yayıb.
Noyabrın 23-nə aktiv halların sayı 17 195 nəfər olub.
Pandemiyanın başlanğıcından indiyədək Ermənistanda 334 878 koronavirusa yoluxma halı aşkarlanıb, onlardan 308 922 nəfər sağalıb.
Rəsmi məlumata görə, Ermənistanda ümumilikdə 7356 nəfər koronavirusdan vəfat edib.