Ermənistanda son 24 saat ərzində 378 koronavirusa yoluxma faktı aşkarlanıb, 39 xəstə dünyasını dəyişib
Ermənistanda son 24 saat ərzində 378 koronavirusa yoluxma faktı aşkarlanıb, 1962 xəstə sağalıb. Eyni zamanda, son günlər ölkədə Covid-19-dan 39 xəstə dünyasını dəyişib, daha iki xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.
Bu barədə Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Ötən gecə Ermənistanda 5966 koronavirus testi aparılıb. Pandemiyanın başlandığı gündən noyabrın 15-nə ölkədə 329 341 nəfərdə koronavirus aşkarlanıb, onlardan 295 722 nəfər müalicə olunaraq sağalıb.
Pandemiyanın başlanğıcından indiyədək Ermənistanda rəsmi məlumatlara görə, ümumilikdə 7055 nəfər koronavirusdan vəfat edib. 1379 xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.