Ermənistanda son 24 saat ərzində 2146 koronavirusa yoluxma faktı aşkarlanıb, 42 xəstə dünyasını dəyişib
Ermənistanda son 24 saat ərzində 2146 koronavirusa yoluxma faktı aşkarlanıb, 42 xəstə dünyasını dəyişib

Ermənistanda son 24 saat ərzində 2146 koronavirusa yoluxma faktı aşkarlanıb, 1134 xəstə sağalıb. Eyni zamanda, son gündə ölkədə Covid-19-dan 42 xəstə dünyasını dəyişib. Daha beş xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.

Bu barədə Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Ötən gün Ermənistanda 18 598 koronavirus testi aparılıb. Oktyabrın 22-nə pandemiya başlayandan ölkədə 291 052 koronavirusa yoluxma faktı aşkarlanıb, onlardan 258 486 nəfəri sağalıb.

Pandemiyanın başlanğıcından bəri, rəsmi məlumatlara görə, Ermənistanda ümumilikdə 5944 nəfər koronavirusdan vəfat edib. 1248 xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.