Ermənistanda son 24 saat ərzində 2096 koronavirusa yoluxma faktı aşkarlanıb, 1258 xəstə sağalıb
Ermənistanda son 24 saat ərzində 2096 koronavirusa yoluxma faktı aşkarlanıb, 1258 xəstə sağalıb. Eyni zamanda, Covid-19-dan 43 xəstə dünyasını dəyişib, daha səkkiz xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.
Bu barədə Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Ermənistanda bir gecədə 18 141 koronavirus testi aparılıb. Oktyabrın 28-nə pandemiya başlayandan ölkədə 304 546 koronavirusa yoluxma faktı aşkarlanıb, onlardan 265 936 nəfəri sağalıb.
Pandemiyanın başlanğıcından indiyədək Ermənistanda rəsmi məlumatlara görə, ümumilikdə 6232 nəfər koronavirusdan vəfat edib. 1288 yoluxmuş insanın ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.