Ermənistanda son 24 saat ərzində 2074 yeni Covid-19 halı aşkarlanıb, 39 xəstə vəfat edib
Ermənistanda son 24 saat ərzində 2074 yeni Covid-19 halı aşkarlanıb, 39 xəstə vəfat edib.
Bu barədə yerli mətbuat ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Hazırda ölkə üzrə 29 007 koronavirusa yoluxmuş şəxsin müalicəsi davam edir. Pandemiyanın yayılmasından indiyədək Ermənistanda 300 143 koronavirusa yoluxma halı, o cümlədən 6 151 ölüm halı təsdiqlənib.