Ermənistanda son 24 saat ərzində 2 307 koronavirusa yoluxma faktı aşkarlanıb, 962 xəstə sağalıb

11:56, 28.10.2021

Ermənistanda son 24 saat ərzində 2 307 koronavirusa yoluxma faktı aşkarlanıb, 962 xəstə sağalıb. Eyni zamanda, son günlər ölkədə Covid-19-dan 38 xəstə dünyasını dəyişib.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinə istinadən yerli KİV-lər yayıb.

Oktyabrın 28-nə olan məlumata görə, Ermənistanda pandemiyanın başlanğıcından indiyədək 302 450 koronavirusa yoluxma halı aşkarlanıb, onlardan 264 678 nəfəri sağalıb.

Oxşar