Ermənistanda son 24 saat ərzində 1517 koronavirusa yoluxma faktı aşkarlanıb, 1050 xəstə sağalıb
Ermənistanda son 24 saat ərzində 1517 koronavirusa yoluxma faktı aşkarlanıb, 1050 xəstə sağalıb

Ermənistanda son 24 saat ərzində 1517 koronavirusa yoluxma faktı aşkarlanıb, 1050 xəstə sağalıb. Eyni zamanda, son sutka ərzində ölkədə Covid-19-dan 57 xəstə dünyasını dəyişib. Daha iki xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.

Bu barədə Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Ötən gün Ermənistanda 11 982 koronavirus testi aparılıb. Oktyabrın 26-na pandemiya başlayandan indiyədək ölkədə 298 069 nəfərdə koronavirus aşkarlanıb, onlardan 263 002 nəfər sağalıb.

Pandemiyanın başlanğıcından bəri, rəsmi məlumatlara görə, Ermənistanda ümumilikdə 6112 nəfər koronavirusdan vəfat edib. 1263 yoluxmuş şəxsin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.