Ermənistanda son 24 saat ərzində 1482 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 36 nəfər vəfat edib
Ermənistanda son 24 saat ərzində 1482 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 1522 xəstə sağalıb, vəfat edənlərin sayı 36 nəfər artıb.
Məlumatı Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən yayıb.
Noyabrın 11-nə aktiv halların sayı 29 438 nəfər olub. Pandemiyanın başlanğıcından indiyədək Ermənistanda 325 521 koronavirusa yoluxma halı aşkarlanıb, onlardan 287 856 nəfəri sağalıb.
Rəsmi məlumata görə, Ermənistanda ümumilikdə 6867 nəfər koronavirusdan vəfat edib.