Ermənistanda son 24 saat ərzində 1331 koronavirusa yoluxma faktı aşkarlanıb, 30 nəfər vəfat edib
Ermənistanda son 24 saat ərzində 1331 koronavirusa yoluxma faktı aşkarlanıb və 894 xəstə sağalıb. Eyni zamanda, son gündə ölkədə 30 xəstə Covid-19-dan vəfat edib.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinə əsaslanan yerli media yayır.
Oktyabrın 9 -na olan məlumata görə, pandemiyanın başlanmasından bəri Ermənistanda 271 min 205 koronavirus halı aşkarlanıb, onlardan 247 min 553 nəfəri sağalıb.