Ermənistanda son 24 saat ərzində 1232 koronavirusa yoluxma faktı aşkarlanıb, 1591 xəstə sağalıb
Ermənistanda son 24 saat ərzində 1232 koronavirusa yoluxma faktı aşkarlanıb, 1591 xəstə sağalıb

Ermənistanda son 24 saat ərzində 1232 koronavirusa yoluxma faktı aşkarlanıb, 1591 xəstə sağalıb. Eyni zamanda, son sutka ərzində ölkədə Covid-19-dan 62 xəstə dünyasını dəyişib, daha 6 xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.

Bu barədə məlumatı Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən yayıb.

Ötən gecə Ermənistanda 10 281 koronavirus testi aparılıb. Noyabrın 2-nə pandemiya başlayandan ölkədə 310 629 koronavirusa yoluxma faktı aşkarlanıb, onlardan 272 332 nəfər sağalıb.

Pandemiyanın başlanğıcından bəri, rəsmi məlumatlara görə, Ermənistanda ümumilikdə 6441 nəfər koronavirusdan vəfat edib. 1305 yoluxmuş insanın ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.