Ermənistanda son 24 saat ərzində 1121 koronavirusa yoluxma faktı aşkarlanıb, 2191 xəstə sağalıb
Ermənistanda son 24 saat ərzində 1121 koronavirusa yoluxma faktı aşkarlanıb, 2191 xəstə sağalıb

Ermənistanda son 24 saat ərzində 1121 koronavirusa yoluxma faktı aşkarlanıb, 2191 xəstə sağalıb. Eyni zamanda, son gündə ölkədə Covid-19-dan 62 xəstə dünyasını dəyişib, daha 9 xəstənin ölümünə səbəb kimi isə digər xəstəliklər göstərilib.

Bu barədə məlumatı Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən yayıb.

Ötən gecə Ermənistanda 9 152 koronavirus testi aparılıb. Pandemiya başlayandan noyabrın 9-na olan məlumata görə, ölkədə 322 364 nəfərdə koronavirus aşkarlanıb, onlardan 285 057 nəfər sağalıb.

Pandemiyanın başlanğıcından indiyədək Ermənistanda rəsmi məlumatlara görə, ümumilikdə 6762 nəfər koronavirusdan həlak olub. 1342 yoluxmuş insanın ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.