Ermənistanda son 24 saat ərzində 1.589 koronavirus halı aşkarlanıb, 29 xəstə vəfat edib
Son 24 saat ərzində Ermənistanda 1589 yeni koronavirus halı aşkarlanıb, 754 xəstə sağalıb, ölənlərin sayı 29 nəfər artıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinə əsaslanan erməni mətbuatı yayıb.
Oktyabrın 12 -nə olan məlumata görə, aktiv halların sayı 18430 nəfərdir. Pandemiya başlayandan bəri Ermənistanda 276 666 nəfər koronavirusa yoluxub, onlardan 251,330 -u sağalıb. Rəsmi məlumatlara görə, Ermənistanda ümumilikdə 5675 nəfər koronavirusdan vəfat edib.