Ermənistanda son 24 saat ərzində 1 309 koronavirusa yoluxma faktı aşkarlanıb, 2044 xəstə sağalıb
Ermənistanda son 24 saat ərzində 1309 koronavirusa yoluxma faktı aşkarlanıb, 2044 xəstə sağalıb. Eyni zamanda, son sutka ərzində ölkədə Covid-19-dan 70 xəstə dünyasını dəyişib, daha səkkiz xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.
Bu barədə Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Ötən gecə Ermənistanda koronavirusa görə 11 431 test aparılıb. Pandemiyanın başlandığı gündən noyabrın 12-nə olan məlumata görə, ölkədə 326 830 koronavirusa yoluxma faktı aşkarlanıb, onlardan 289 mindən çoxu sağalıb.
Pandemiyanın başlanğıcından indiyədək Ermənistanda rəsmi məlumatlara görə, ümumilikdə 6937 nəfər koronavirusdan vəfat edib. 1368 xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.