Ermənistanda son 24 saat ərzində 1.217 koronavirus halı aşkarlanıb və 521 xəstə sağalıb
Ermənistanda son 24 saat ərzində 1.217 koronavirus halı aşkarlanıb və 521 xəstə sağalıb

Ermənistanda son 24 saat ərzində 1.217 koronavirus halı aşkarlanıb və 521 xəstə sağalıb. Eyni zamanda, son gündə ölkədə 28 xəstə “Covid-19” dan vəfat edib.

Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinə əsaslanan erməni mətbuatı yayıb.

Ötən gecə Ermənistanda 8497 koronavirus testi aparılıb. Oktyabrın 13 -nə olan məlumata görə, pandemiya başlayandan bəri ölkədə 275 077 nəfər koronavirusa yoluxub, onlardan 250 576 nəfəri sağalıb.

Pandemiya başlayandan bəri, rəsmi məlumatlara görə, Ermənistanda ümumilikdə 5646 nəfər koronavirusdan vəfat etdi. Digər 231 yoluxmuş insanın ölüm səbəbi kimi digər xəstəliklər göstərildi.