Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilir.Etirazçılar Baqramyan prospektində yürüş təşkil edirlər.
Erməni KİV-ləri xəbər verir ki, hökumət əleyhdarları arasında erkən seçki çağırışı edilib. Etirazçılar sobalarla yanaşı çadırlar quraraq, bütün gecəni prospektdə keçiriblər.Paralel olaraq, Ermənistan prezidenti Armen Sarkisyanın parlament fraksiyalarının liderləri və nümayəndələri ilə görüşəcəyi bildirilir.
Ordunun baş qərargahı Nikol Paşinyanın istefasını tələb etdikdən sonra Ermənistanda vəziyyət gərginləşdi. Cavab olaraq Paşinyan baş qərargahı hərbi çevrilişdə ittiham etdi. Ermənistanın müxalifət partiyaları baş qərargaha dəstəyini elan ediblər.
Müəllif-Sevinc Mustafayeva